Ceyms Staynberq: "Ola bilsin ki, biz Qəbələ RLS-dən istifadə edək"

img

11-07-2009 [04:12]


"ABŞ və Rusiya prezidentlərinin Moskvadakı görüşündə raket hücumundan müdafiə məsələsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub və bu istiqamətdə işi davam etdirmək qərara alınıb. Hesab edirəm ki, Qəbələ RLS istifadə üçün potensiala malikdir və ola bilər ki, biz ondan istifadə edək". ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq jurnalistlərin Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsi ilə bağlı sualını cavablandırarkən belə deyib. O, bu məsələni hələ Azərbaycan hökuməti ilə müzakirə etməyə imkanlarının olacağını qeyd edib. Ceyms Staynberq hələlik Rusiya ilə raket hücumundan müdafiə sahəsində əməkdaşlığın mümkünlüyü barədə müzakirələrin ilkin mərhələsində olduqlarını söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA