ABŞ senatı separatçı rejimə yardım ayırmaqdan imtina edib

img

11-07-2009 [01:54]


ABŞ Senatının Təxsisatlar Komitəsi 2010-cu maliyyə ili üçün xarici yardımlarla bağlı qanun layihəsini qəbul edib. Ermənistanın ?Panarmenian? saytının məlumatına görə, layihənin "lehinə" 29, "əleyhinə" isə 1 senator səs verib. Qanun layihəsində Ermənistana göstəriləcək yardımların miqdarı azaldılıb. Belə ki, ayrılan 30 milyon dollar ötən ilkindən 18 milyon azdır. Azərbaycana isə 22 milyon dollar ayrılacaq. Separatçı Dağlıq Qarabağ rejiminə isə yardım edilməyəcək. Amerikanın Erməni Assambleyasının icraçı katibi Brayn Arduni Senatda və Nümayəndələr Palatasında, Ermənistan və Dağlıq Qarabağa daha çox yardımın ayrılması üçün işlərin davan etdirələcəyini bildirib. Məlumata görə, Azərbaycan və Ermənistana ayrılacaq hərbi yardımın həcmində paritet qorunacaq. 907-ci akta edilən düzəliş də qüvvədə qalıb. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda müzakirə ediləcək. Sonra isə imzalanmaq üçün prezident Barak Obamaya göndəriləcək. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA