AMiP uyğurlara qarzı həyata keçirilən kütləvi qətllərə etiraz edir

img

09-07-2009 [06:46]


Çində baş verən qanlı hadisələr dünyanın diqqət mərkəzindədir və beynəlxalq ictimaiyyət bu prosesləri həyacanla izləyir. Böyük insan tələfatı ilə müşahidə olunan qırığınlar Azərbaycanda da narahatlıq doğurub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azəpbaycan Milli İstiqlal Partiyası uyğurlara qarşı həyata keçirilən kütləvi qətllərə ciddi etirazını bildirərək, hesab edir ki, baş verən qarşıdurmanın məsuliyyətini Çin hökuməti anlamalı və vaxtında bunun qarşısını almalı idi. Təəssüflər olsun ki, Çin hökuməti nəinki bu qırğınların qarşısını aldı, əksinə, zorakılığa və gücə əl ataraq bütov bir millətin haqq səsini boğmağa çalışdı. Bu bir daha Çində demokratiyanın sayğısızlığın və totalitar bir hakimiyyətin varlığını sübut edir. AMİP uyğurlara qarşı etnik təmizləmə əməliyyatı aparılmasını qətiyyətlə pisləyərək, Çin hökumətini beynəlxalq hüquq normalarına əməl etməyə və zorakılığa son qoymağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA