Fəzail Ağamalı: ?Müxalifət narahat olmaq əvəzinə, yerlərdə təzkilatlarını formalazdırsın?

img

09-07-2009 [06:26]


Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki təmsilçiləri Bahar Muradova və Siyavuş Novruzovun ?Siyasi partiyalar haqqında? Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təklifləri müxalifət düşərgəsində narazılıq yaradıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan bu dəyişiklikləri müxalifət partiyalarının məhv edilməsinə hesablandığını deyib. Hakimyyətyönlü siyasi kurs yürüdən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, bu kimi fikirlər kökündən yanlışdır. Onun sözlərinə görə, hazırda ortada konkret layihə yoxdur ki, onun ətrafında da müxalifət fikir bildirsin: ?Siyavuş Novruzovla, Bahar Muradovanın söylədiklri fikirlərə gəlincə, deyərdim ki, bu təkliflər kifayət qədər konstruktiv, siyasi partiyaların inkişafına xidmət edən təkliflərdir. Onlar müxalifətə yönəlik hər hansı bir fikir söyləmirlər. Söhbət ondan gedir ki, Azərbaycanda o siyasi partiyalar qeydiyyatdan keçməlidir ki, heç olmasa, ölkənin 2/3-də dayaqları olsun. Əgər bir partiyanın 10-20 min üzvü yoxdursa, deməli, o partiya deyil, dərnəkdir. Gedib dərnəklə məşğul olsunlar. Ona görə də siyasi partiyaların qeydiyyatı üçün min nəfərlik yanaşma aradan qaldırılmalıdır. Mən də hesab edirəm ki, bu kvota 10 min olmalıdır. Kimin nə deməsindən asılı olmayaraq, bu dəyişikliklər edilməlidir. Bir də ki, müxalifətin ayrı-ayrı funksionerlərinin dediyi fikirlər Azərbaycan xalqının iradəsini ifadə eləmir. Nəsə deyəcəklər, alternativ cavablarını verəcəyik. Lazım gəlsə, məsələ müzakirəyə çıxarılacaq və hər kəs öz mövqeyini bildirəcək. Sonda isə məsələni Milli Məclis həll edəcək. Bu səbəbdən də müxalifət narahat olmaq əvəzinə, yerlərdə təşkilatlarını formalaşdırsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA