ATƏT-in Minsk qrupu həmsədrləri artıq Bakıdadırlar

img

09-07-2009 [05:04]


Regiona növbəti səfər çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri artıq Bakıdadırlar. Həmsədrlər xarici işlər naziri və ölkə başçısı ilə görüşəcəklər. Onların Bakıdakı rəsmi görüşləri iyulun 10-da baş tutmalıdır. Qeyd edək ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün iyulun 17-18-də Moskvada Rusiya prezidentinin mükafatı uğrunda ənənəvi cıdır yarışları çərçivəsində keçiriləcəyi gözlənilir. Bu, İlham Əliyev və Serj Sarkisyanın 6-cı, ümumilikdə Azərbaycan və Ermənistan prezidentləri arasında isə keçirilən 23-cü görüş olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA