Leyla Yunus Ramil Usubova müraciət etmək məcburiyyətində qaldı

img

09-07-2009 [03:43]


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus daxili işlər naziri Ramil Usubova dünən mülki geyimli şəxslər tərəfindən döyülən və həbs olunan gənclər hərəkatlarının fəalları Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılması ilə bağlı müraciət edib. Hüquq müdafiəçisi hər iki gəncin azadlığa buraxılması üçün nazirdən kömək istəyib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, L.Yunus müraciətdə qeyd edir ki, xəsarət almış Hacızadə və Milliyə tibbi yardım göstərilməyib, onlar ekspertizadan keçirilməyib, polis əməkdaşları nə həkimi, nə də vəkili gənclərin yanına buraxbmayıb: ?Gecə saatlarında Xətai rayon 37-ci Polis Bölməsinə aparılan gənclərlə bağlı Daxili İşlər Nazirliyinin növbətçi xidmətinə və 102 saylı ?qaynar xətt?inə zənglər vursam da, heç bir məlumat ala bilmədim. Son söz sizindir, cənab nazir! Hacızadə və Millinin həbsdən buraxılması, onlara fiziki təzyiq göstərən şəxslərin cəzalandırılması prezident İlham Əliyevin polisin qanun keşiyində durduğu haqda bu yaxınlarda səsləndirdiyi fikirləri əyani sübut edə bilər?. Qeyd edək ki, şəhərin mərkəzindəki kafelərin birində dostları ilə birlikdə oturan gənclərə idmançı görkəmində olan iki mülki geyimli şəxs yaxınlaşıb, hakimiyyəti niyə tənqid etdiklərini irad tutaraq, gənclərə hücum ediblər. Nəticədə "Alumni Network" Gənclər Şəbəkəsinin və ANTV-nin yaradıcılarından biri Emin Milli və "Ol" Gənclər Hərəkatının təsisçilərindən biri Adnan Hacızadə ciddi xəsarət alıblar. Olay yerinə gələn polislər insidentin iştirakçılarını 9-cu Polis Bölməsinə aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR