Yəhudilər qayıqla Kiprə qaçır? - “The Tehran Times” “İsrailin hücumu nədən gözlənilməz oldu”, sualına cavab verir
                19-06-2025 [14:53]
İsrail-İran savaşına İranın özündə münasibət necədir? “The Tehran Times”da gedən “What Israel wanted with attacks on Iran - what it lost and gained” (İsrailin İrana hücum etməklə nəyə nail olmaq istəyirdi-nə itirdi, nə qazandı) adlı məqalədə bu suala qismən cavab verilir. Qeyd edim ki, bu qəzet İranın siyasi rəhbərliyinə, xüsusən hərbi elitasına birbaşa bağlıdır.
Məqalənin müəllifi Mona Hojat Ansari yazır ki, əvvəlcə heç kim baş verənlərə heç cür inana bilmədi. ABŞ və İsrail diplomatik prosesin ortasında İrana necə hücum edə bilər? Hücumdan bir neçə saat əvvəl ABŞ ilə vasitəçi üzərindən nüvə danışıqlarının altıncı raundu üçün Omana getməyə hazırlaşan bəzi həmkarlarımla söhbət etdim. Onlardan bəzilərinin bu dəfə danışıqlarda bir irəliləyişin mümkün olduğuna inandıqlarını söylədilər. Bəziləri hətta Trampın İsrailin baş naziri Binyamin Netanyahunu İrana hücumdan çəkinməyə çağırdığı bəyanatlara istinad etdi. Onlar iddia edirdilər ki, Tramp “dəli” olsa da, o, Qərbi Asiyaya gəldikdə aydın düşünməyə qadir görünür və başa düşür ki, regionda başqa bir müharibənin – xüsusən də İranın da iştirak etdiyi – heç kimə fayda verməyəcək.
Ancaq Trump həmişə bildiyimiz kimi dəli və cahil olduğu ortaya çıxdı. ABŞ prezidenti Omanda iranlılarla görüşə hazırlaşarkən İsraili İran ərazisində yaşayış binalarına, nüvə obyektlərinə və hərbi obyektlərə zərbələr endirmək üçün lazım olan logistika və kəşfiyyat məlumatı ilə təmin etdi. Hazırda İranın yüksək səviyyəli hərbi komandirləri və nüvə alimləri ilə birlikdə 250-dən çox mülki şəxs ölüb...
İsrail niyə İrana hücum etdi?
Netanyahu iddia edir ki, hücumlar İranın nüvə silahı əldə etmək istəyinin qarşısını almaq məqsədi daşıyır.
MAQATE və Qərb kəşfiyyat agentlikləri dəfələrlə təsdiqləyiblər ki, nüvə sahəsində irəliləyişlərə baxmayaraq, İran nə nüvə silahı əldə etmək ardınca getməyib, nə də bunun üçün siyasi iradə nümayiş etdirib...
Bundan əlavə, İsrail rejiminin Natanz və Fordo nüvə obyektlərinə hücumları əhəmiyyətli zərər verə bilmədi. İranın nüvə rəhbərinin son açıqlamasına görə, hazırda hər iki obyekt normal işləyir. Bu, heç də təəccüblü olmadı, çünki bütün dünya bir müddət idi ki, İranın nüvə obyektlərinin əsas hissəsinin yerin altında yerləşdiyini və onları adi silahlarla məhv etməyin mümkün olmadığını bilirdi. Xüsusilə Netanyahu MAQATE-nin baş direktoru Rafael Grossi ilə yaxın əlaqələrini nəzərə alsaq, şübhəsiz ki, bu faktdan xəbərdar idi.
Bəs İsrail niyə İrana hücum etdi? İranın niyə hücuma məruz qaldığını anlamaq üçün ilk növbədə İsrailin hücumunu araşdırmaq lazımdır.
Rejimin İrana qarşı əməliyyatı üç elementdən ibarət idi: hərbi liderlərə sui-qəsd, nüvə obyektlərinə hücum və dinc əhaliyə qarşı terror.
İsrail hücumunun üç nəticə verəcəyinə inanırdı:
1. İranın yüksək səviyyəli komandirlərinin öldürülməsi İranın İsraildən qisas almasını gecikdirər və ya qarşısını alar.
2. Cümə günü kampaniya zamanı İranın raket buraxılış qurğuları, anbarları və hərbi obyektlərinin hamısı və ya xeyli hissəsi məhv edilə bilər.
3. İranda mülki əhalinin öldürülməsi və Tehranın ürəyinə zərbə endirmək xalqı hökumətə qarşı üsyana təhrik edə bilər.
İsrailin bütün ehtimalları yalan çıxdı. Beş yüksək səviyyəli hərbi liderin itirilməsi İrana zərbə vursa da, bu, İran Silahlı Qüvvələrini şikəst etmədi. İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qətlə yetirilən generalları əvəz etmək üçün cəmi bir neçə saat lazım oldu.
İsrailin İranın hərbi aktivlərinə nə qədər zərər vurduğunu bilməsək də, İran müdafiə və hücum qabiliyyətinin böyük bir hissəsinin hələ də özündə saxlayır.
Münaqişə başlayandan bəri İran işğal olunmuş ərazilərə (İsrail nəzərdə tutulur. E.H) qarşı çoxsaylı raket zərbələri endirərək, Hayfa neft emalı zavodunu, Mossad və Aman qərargahları, hərbi bazalar və nüvə tədqiqat mərkəzləri kimi kritik hədəfləri vurub. İran Silahlı Qüvvələri bundan əvvəl iki il ərzində hər gün İsrail hədəflərini vurmaq üçün kifayət qədər raketlərə malik olduğunu bildirmişdi.
Netanyahu İran xalqına bir mesaj verdi və daha sonra ABŞ-da yerləşən fars dilli kanala müsahibə verərək onlara yalnız hökumətlə müharibə etdiyini və İran xalqına azadlıq və firavanlıq gətirmək istədiyini söylədi. Ancaq İsrailin təcavüzü iranlıları daha da birləşdirdi və hətta uzun müddət anti-hökumət fəallığı olan tanınmış şəxsləri Ayətullah Xameneinin arxasında toplaşmağa sövq etdi.
İsrailin qazandıqları və itirdikləri
Bəli, Netanyahu müvəqqəti eyforiya dövrü qazanmağı bacardı. Amma onun qumara qoyduğu sionist rejimin gələcəyi sual altına düşdü.
İşğal olunmuş ərazilərdə məskunlaşanlar ekzistensial (mövcud olmaq) təhlükələrlə üzləşmədən müharibə aparmağa öyrəşiblər. İsrail tarixində ilk dəfədir ki, onun vətəndaşları həyatları üçün qorxurlar. İranın raketləri istədiyi yeri vurur, israillilər belə bir reallıqla üzləşiblər. Yəhudi mediasının yazdığına görə, hökumət İsrail vətəndaşlarının başqa ölkələrə qaçmasına qadağa qoyub. Buna baxmayaraq, yerli sakinlər Kiprə sığınmaq üçün qaçaqmalçılara pul ödəyirlər. Qaçaqmalçılar onları qayıqla Kiprə daşıyırlar...
Jurnalistlər İsraildə baş verənlərdən dəhşətə gəldiklərini deyirlər, hərbi analitiklər bildirir ki, İsrailin vəziyyəti yaxşı deyil.
Netanyahu və Tramp mahiyyətcə bitirə bilməyəcəkləri müharibəyə girişiblər. Görünür, onlar İranı həqiqətən tanımırlar. Beləliklə, onlar indi oturub İranın bu müharibə hekayəsinin sonunu necə tamamlayacağına tamaşa edtməlidirlər.
İranlı müəllif iddia edir ki, İsrail İrana hücumla heç bir məqsədinə nail olmayıb. Əlbəttə, Qərb mediası bu və bu kimi iddiaları təkzib edir. Deyilir ki, İran bu müharibənin elə ilk saatlarında İsrailə böyük hesabla uduzub. Hələ ABŞ, Böyük Britaniya... kimi güclü dövlətlər bu müharibəyə birbaşa qoşulmayıb.
Bu arada isə Donald Tramp deyib ki, ola bilər ki, Amerika İrana zərbə endirsin, o da ola bilər ki, endirməsin. Yəni hər şey pərdə arxasında gedən danışıqların nəticəsindən asılı olacaq. Amerika isə İrandan ABŞ+İsrail, bütövlükdə isə Qərb İranın kapitulasiya (surrender) olmasını tələb edir. Bu, nə deməkdir?
Yəni bizim bütün şərtlərimizi sorğu-sualsız qəbul edəcəksən. Etməsən səni fiziki olaraq məhv edəcəyik. İrandakı molla rejiminin dəyişməsi an məsələsidir.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb
Bodrumda 41 metrlik yelkənli qayıq "quma oturub"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş məmura bağlı olan şirkətlə 800 min manatlıq sövdələşmə olub
Osimhen UEFA-nın saytına müsahibə verib: "Çempionlar Liqasında fərq yaratmaq istəyirik"
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə - Əli Cabbarov yazır
Romada 13-cü əsrə aid tarixi qüllə çökdü - Təmir zamanı (FOTO)
Alp dağlarında qar uçqunu: beş nəfər ölüb
Belçikada hərbi hava bazasında həyəcan - "F-16-ların yerlərini öyrənmək istəyirlər"
Sudanda vəhşət: 2 mindən çox insan qılıncla doğranıb - "Daha çoxunu öldürəcəyik" (FOTO)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Üzr istədi
Elton Məmmədov mülk və maşınlarını satıb
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə zəlzələ oldu - 4,9 bal gücündə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yollanıb
Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər - TƏHLİL
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
Keçmiş idmançı saxlanılıb - Etiraza çağırışa görə
Elariz Məmmədoğlunun kürəkəninə ağır cəza verildi - Məhkəmə prosesi
Daha bir vəzifəli şəxs həbs edilib - Rüşvət ittihamı ilə
İsrail Qəzzada atəşkəsi yenə pozub - Zolağa ağır zərbələr endirilb
Okan Buruk "Ayaks" matçına bu heyətlə çıxacaq - Siyahı
Ceyhun Bayramov türkiyəli partiya sədrini qəbul edib
İcra başçısı Süleyman Mikayılov həbs olunan müavini üçün kimə minnətçi düşüb? - Maraqlı iddia yayıldı
SOCAR-ın 100 milyon dollar dəyərində yeni isitqrazları... - 16-cı dəfə faiz ödənişi həyata keçirib
"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Milli Məclisdə kadr dəyişikliyi olub
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
Ərdoğan Azərbaycana səfər edəcək
RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ DƏ TUTULUB - Səbəb + FOTO