Suriya prezidenti Bəzzər Əl Əsəd bu gün Milli Məclisdə olacaq

img

09-07-2009 [12:22]


Azərbaycanda səfərdə olan Suriya prezidenti Bəşşər Əl Əsəd bu gün Milli Məclisdə olacaq. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Suriya prezidentinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşü gözlənilir. Məlumat üçün bildirək ki, Bəşşər Əl Əsədin ölkəmizə səfəri dünən başlayıb. O, prezident İlham Əliyevlə təkbətək və geniştərkibli görüşlər keçirib. Hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA