Yuri Merzlyakov: ?Statusun müəyyənləzdirilməsi prosesi tezliklə baz verməyəcək?

img

09-07-2009 [11:29]


?Azərbaycan prezidentinin Qarabağın müstəqilliyinə razılıq verməsini gözləmək sadəlövhlük olardı. O, Azərbaycan prezidenti və bir azərbaycanlı kimi nəyə ümid edirsə, ondan danışır?. Bu sözləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov həmsədrlərin Ermənistanda keçirdikləri mətbuat konfransında deyib. Həmsədr Azərbaycan prezidentinin Qarabağın statusu ilə bağlı mövqeyinə də toxunub: ?Azərbaycan prezidenti Qarabağın statusu məsələsini gələcəyin işi olduğunu bildirir . Amma o, hesab edir ki, danışıqlar prosesi öz müqəddəratını təyin etmək üçün səsverməyə gətirib çıxaracaq ki, bunun da nəticəsində qarabağlılar Azərbaycanın xeyrinə seçim edəcəklər?. Merzlyakovun fikrincə, Ermənistandan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmağına razılıq verməsini gözləmək qəribə olardı. ?Amma statusun müəyyənləşdirilməsi prosesi tezliklə baş verməyəcək?, - deyə Merzlyakov vurğulayıb. ?Həmsədrlər öz mövqelərini gizlətmir. Biz hesab edirik ki, Dağlıq Qarabağ tərəfi münaqişənin həlli prosesində iştirak etməlidir. Ümid edirik ki, baza prinsiplərinin razılaşdırılmasından sonra sülh müqaviləsinin mətninin tərtib edilməsinə başlanacaq və Dağlıq Qarabağın nümayəndələri də tərəflərin razılaşdıracağı formada bu prosesə qatılacaq?,- deyən rusiyalı diplomat onu da nəzərə çatdırıb ki, sülh müqaviləsinin maddələrinin yarısı məhz Dağlıq Qarabağ əhalisinin həyatı ilə bağlı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA