Polis Akademiyası və MTN-nin Akademiyasına daxil olanlar məlum oldu

img

09-07-2009 [11:11]


2009/2010-cu tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. TQDK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Polis Akademiyasına keçid balı 407, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına isə 423 bal olub. Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Adı çəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA