ABŞ-Rusiya prezidentlərinin görüzü Qarabağ probleminin həllində müsbət rol oynaya bilər

img

07-07-2009 [05:08]


?ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfərindən əvvəl Türkiyə prezidenti Abdullah Gülə zəng etməsi, danışıq zamanı Ermənistan-Azərbaycan münasibətlərinə toxunulması, Dağlıq Qarabağ məsələsinin Rusiya prezidenti ilə müzakirəsini qaçılmaz edir?. Bu fikirlərin müəllifi politoloq Qabil Hüseynli Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, bu gün postsovet məkanında digər münaqişələr ? Dnestryanı və Dağlıq Qarabağ məsələsi müzakirə edilə bilər: ?Bu məsələdə hər iki tərəf son zamanlar pozitiv mövqe tutmağa başlayıb. Əvvəla, prosesin tezliklə həllini istəyirlər, digər tərəfdən də həm Amerika, həm də Rusiyanın mövqeyində problemin ədalətli və obyektiv həllinə münasibət formalaşmağa başlayıb. Unutmayaq ki, problemin müsbət həllində Rusiya böyük rol oynayacaq. Amerikanın bu məsələdə müəyyən strateji maraqlarının uzlaşdırılması da bu işə müsbət təsirini göstərə bilər. Hadisələrin indiki inkişafından belə görünür ki, Rusiya ümumiyyətlə, Dağlıq Qarabağla bağlı məsələlərdə özünün aparıcı rola malik olduğunu sübuta yetirmək üçün müxtəlif siyasi manevrlər edir. Hər halda, iki ölkə arasında təbii qaz sövdələşməsindən sonra rəsmi Moskvanın mövqeyinin müsbətə doğru dəyişdiyini görməmək mümkün deyil. Təbii ki, Amerika da məsələnin tezliklə həllinin tərəfdarıdır. Ona görə də prezidentlərin görüşü danışıqlar prosesinə yeni impuls verə bilər. Çünki iki prezidentin görüşündən sonra Rusiyada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Həmin görüşdə problemin həlli ilə bağlı daha konkret məsələlərin müzakirəsi ola bilər. Bəzi ekspertlər belə hesab edirlər ki, bu görüş zamanı ciddi irəliləyişlər ola bilər. Ciddi irəliləyişlər dedikdə 5 rayonun azad edilməsi məsələsi gündəmə gələr və öz müsbət həllini tapar. Hələlik erməni tərəfi qalan iki rayonun nazad olunması haqqında heç bir təminat vermir. Bundan əlavə, Azərbaycan da Dağlıq Qarabağ ermənilərinin Ermənistanla əlaqələrini tənzimləyərək Laçın dəhlizinin statusu barədə təminat verə bilər. Yalnız bundan sonra Kəlbəcər və Laçın rayonlarının geri qaytarılması mümkündür. Ancaq 5 rayonun da azad edilməsi Azərbaycan üçün problemin həlli ilə bağlı daha yaxşı prespektivlər aça bilər. Məncə, ABŞ-Rusiya prezidentlərinin görüşünün nəticələrini gözləmək lazımdır. Dağlıq Qarabağ probleminin həlli istiqamətində ya sıçrayış xarakterli addımlar atılacaq, ya da problem yenə də ölü nöqtəsində qalacaq?. Politoloq onu da bildirib ki, Obamanın Dağlıq Qarabağ məsələsində konkret nə istədiyini demək çətindir: ?Amma bir məsələ aydındır ki, rəsmi Moskva Dağlıq Qarabağ məsələsində Azərbaycana siyasi dəstək verəcəyi barədə həm Bakı, həm də Moskva bəyannaməsində təminat verib. Amerikanı bu məsələdə mövqeyini sadəcə olaraq, prosesin intensivləşdirilməsi kimi qiymətləndirmək olar. Amma konkret problemin necə həll edilməsinin detalları üzərində durmayacaq. Ona görə də rəsmi Bakı əsas diqqəti rəsmi Moskvanın qəbul etdiyi qərarlara yönəltməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA