Türkiyə XiN: "Nabukko qaz kəmərinə dair saziz iyulun 13-də imzalanacaq"

img

07-07-2009 [01:44]


Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat üçün açıqlama yayıb. Məlumatda bildirilir ki,Avropanın və Türkiyənin enerji təhlükəsizliyi baxımından mühüm layihə olan Nabukko qaz kəmərinə dair saziş iyulun 13-də Ankarada keçiriləcək mərasimdə imzalanacaq. Açıqlamada qeyd olunur ki, həmin gün təbii qaz hasilatçısı, istehlakçı və tranzit ölkələrin iştirakı ilə zirvə görüşü də təşkil olunacaqdır. Bu görüşdə Nabukko layihəsinin həyata keçirlməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılacaq. Nazirliyin açıqlamasında vurğulanır ki, Türkiyənin enerji strategiyasının mühüm hədəfi Avropanın enerji təhlükəsizliyinə dəstək vermək və bununla əlaqədar təbii qaz təchizatında qitənin dördüncü ana arteriyası olmaqdır. Bu hədəfə çatmaq istiqamətində ilk addım 2007-ci ildə Türkiyə-Yunanıstan təbii qaz xəttinin fəaliyyətə başlaması ilə atılmışdır. Nabukko layihəsi istər hədəfimizin daha da güclənməsində, istərsə də enerji marşrutlarının şaxələndirilməsində, xüsusilə Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm mərhələ olacaq. Bundan əlavə, bu layihə rəsmi Ankaranın Avropa İttifaqı ilə mövcud olan münasibətlərinə, qarşılıqlı etimad və əməkdaşlığa yeni təkan verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA