Ali Məhkəmə Fərhad və Rafiq Əliyev qardazlarının kasasiya zikayəti təmin etmədi

img

06-07-2009 [07:41]


Bu gün Ali Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı ?Azpetrol? Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin kasasiya şikayətinə baxılıb. Keçmiş nazirin vəkili İsaxan Aşurovun sözlərinə görə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məlumat üçün bildirək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F.Əliyev 10, R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2-ci (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA