çindəki kütləvi iğtizazlar vaxtı ən azı 140 nəfər uyğur öldürülüb

img

06-07-2009 [07:35]


"Uyğurların yığcam yaşadığı vilayətdə kütləvi iğtişaşlar vaxtı ən azı 140 nəfər ölüb". Bu Barədə xəbərlər dövlət agentliklərinin məlumatlarında yer alıb. Hələlik iğtişaşların səbəbi tam aydın deyil. Lakin məlumdur ki, etnik zəmində iki uyğurun çinlilər tərəfindən öldürülməsi barədə xəbər Urumçi şəhərində etiraz mitinqinə təkan vermiş oldu. Polisin geri çəkilmək tələbini rədd edən nümayiş güc istifadəsi ilə dağıdılıb. Bölgədə komendant saatının elan olunması bildirilir. Hadisələri təsvir edən şahidlərdən biri nümayişçilərə qarşı gözyaşardıcı qaz, və dəyənəklərdən istifadə edildiyi bildirir. Uyğur azlığı ilə etnik çinlilərin münasibətləri gərgin olub, deyilir BBC müxbirinin matarilında. Mühacirətdə yaşayan uyğur liderləri Pekini milli azlıqların haqlarını danmaqla assimilyasiya siyasəti keçirməkdə ittiham edirlər. Çin uyğurların yaşadığı Sincan vilayətində separatçı qurumların fəaliyyətinə yol verilməyəcəyini söylənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA