DUi prezident ilham Əliyevə müraciət ünvanlayıb

img

06-07-2009 [05:28]


Bu gün Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalar Sədrlər Şurasının növbəti iclasını keçirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, toplantıda ölkənin ictimai-siyasi gündəmində olan məsələlər müzakirə edilib. KXCP sədrinin sözlərinə görə, iclasda Tarif Şurasının qərarı ilə əhaliyə satılan qazın qiymətinin iki dəfə qaldırılması məsələsi müzakirə olunub. Sonda ölkə başçısı İlham Əliyevə məsələnin yenidən müzakirəyə çıxarılması və ədalətli qəra verilməsi ilə bağlı müraciət ünvanlanıb. Qeyd edək ki, DUİ-də Klassik Xalq Cəbhəsi, Milli Demokrat, Böyük Azərbaycan, Xalq və Azadlıq partiyaları təmsil olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA