Tahir Abbaslı: ?Prosesin adı xalq diplomatiyası olsa da, bu prosesə qozulanları xalq seçməyib?

img

06-07-2009 [12:31]


?Qarabağla bağlı həyata keçirilən proseslərin müəyyən bir mərhələsində də xalq diplomatiyası rol oynamaq imkanına malikdir. Amma bu addımlar erməni silahlıları işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonlardan çıxdıqdan sonra atıla bilər. Yəni biz həm qonşu olararaq, həm də Qarabağda ermənilərlə birgə yaşayışımızı təhlükəsiz şəkildə təmin etmək üçün bu mərhələni keçə bilərik. Amma indiki halda xalq diplomatiyası uğursuz proses olacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. Azərbaycan ziyalılarının Şuşaya, İrəvana, erməni ziyalıların isə Bakıya səfər etməsini xatırladan AİDP sədri hesab edir ki, həmin səfərlər Qarabağla bağlı qaranlıq məsələlərə heç bir aydınlıq gətirməyib: ?Məncə cəmiyyət bu addımı özünə və düşdüyü duruma məqbul saymadı. Əksinə yad saydı və ona görə də müəyyən bir qrupu çıxmaq şərtilə əksəriyyət qəbul etmədi?. AİDP sədri başqa bir məqama da toxunub: ?Bu prosesin əhəmiyyət verməyəcəyini deməklə, başqa bir məqama da diqqət çəkmək istəyirəm. Prosesin adı xalq diplomatiyası olsa da Azərbaycan tərəfdən, çox güman ki, erməni tərəfdən də - bu prosesə qoşulanları xalq seçməyib. Məgər, xalq onlara öz adından danışmaq səlahiyyəti verib? Xalq dövlət başçısına sülh danışıqları aparmaq səlahiyyəti verib. Amma təəssüf ki, bu müstəvidə gedən danışıqlar da artıq 15 ildir ki, bir nəticə vermir. Yeri gəlmişkən, dövlət başçılarının apardığı danışıqların nəticə verməməsi də xalq diplomatiyasının uğurunu şübhə altına alır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA