Abdulla Gül və Barak Obama Dağlıq Qarabağdan danızıblar

img

06-07-2009 [11:24]


Türkiyə prezidenti Abdulla Gül iyulun 5-də ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. CNN Türk-ün məlumatına görə, Obama Moskva səfərindən öncə Abdulla Güllə əsasən Qafqazdakı vəziyyəti müzakirə edib. Ağ evdən verilən açıqlamaya görə, Gül Obamaya Qahirədəki çıxışı ilə bağlı olaraq təşəkkür edib. Bir Ağ ev səlahiyyətlisinin verdiyi məlumata görə, Gül Türkiyə-Ermənistan əlaqələrindəki son vəziyyət barədə də Obamaya məlumat verib. İki dövlət başçısı Minsk Qrupunun Dağlıq Qarabağ prosesində oynadığı rola da toxunublar. Hər iki prezident Türkiyə-Amerika əlaqələrinin güclü olduğuna diqqət çəkiblər, təhlükəsizlik və rifah mövzularında ortaq hərəkət etməyə davam edəcəklərini vurğulayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA