Polza prezidenti Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti ilə görüzüb

img

03-07-2009 [05:02]


Bu gün Bakı Slavyan Universitetində Polşa prezidenti Lex Koçinskinin universitetin tələbə və müəllim heyəti ilə görüşü keçirilib. Görüşdə Polşa prezidentinə BSU-nun fəxri doktoru adı verilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan BSU?nun rektoru Kamal Abdulla qonaqları və tələbə, müəllim heyətini salamlayaraq, Azərbaycan və Polşa münasibətlərinin inkıfında göstərdiyi təşəbbüsə görə Lex Koçinskiyə öz minnətdarlığını bildirib. Rektor o cümlədən Polşa-Azərbaycan münasibətlərinin genişlənməsində universitetdə Polonistika araşdırmaları və Polşa mədəniyyət mərkəzinin fəaliyyətini, təkcə Polşa üçün yox həm də Polşada olan Azərbaycanşünaslıq mərkəzinində fəaliyyətinə kömək etdiyini bildirib. K.Abdulla hər iki dövlət arasındakı əlaqələrin genişlənməsində Polşanın Azərbaycandakı vətəndaşları ilə də əməkdaşlığın vacibliyini qeyd edib. Rektor çıxışının sonunda isə Polşa prezidentinə Bakı Slavyan Universitetinin fəxri doktoru odeni təqdim edib. Polşa prezidenti isə öz növbəsində ona göstərilən diqqətə görə rektora və tələbə, müəllim heyətinə təşəkkurünü bildirib. Görüş prezident təqaüdçüsü Nərmin Nəcəfovanın məşhur polyak bəstəkarı Fredrix Şopenin bir bəstəsini pianoda ifası ilə başa çatıb. [b]Elçin Tapdıqov[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA