Zərdüzt Əlizadə: ??Dağlıq Qarabağın gələcək statusu ilə bağlı danızıqların əhəmiyyəti və forması öz həllini tapacaq?

img

03-07-2009 [04:55]


?İsrail prezidenti Şimon Peresin Bakıya səfəri iki ölkə arasında energetika, hərb və humanitar sahələrdə əməkdaşlıq etmək məqsədini daşıyırdı. Rusiya prezidenti Dmitri Medvedevin ölkəmizə səfəri Dağlıq Qarabağ və təbii qaz anlaşması ilə bağlı idi. Polşa prezidentinin səfəri isə Avropa İttifaqının yeni qonşuluq siyasəti və Şərq tərəfdaşlığı kimi proqramların həyata keçirilməsi üçündür?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında politoloq Zərdüşt Əlizadə son zamanlar üç dövlət rəhbərinin ölkəmizə səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, prezidentlərin ölkəmizə səfəri müsbət qarşılanmalıdır. Çünki bu dövlətlərlə münasibətlərimizin yaxşılaşdırılması Dağlıq Qarabağ danışıqlarına öz təsirini göstərə və rəsmi Bakı bundan faydalana bilər: ?Heç kimə sirr deyil ki, Çərçivə Sazişi hazırlanır. Sazişdə bir çox əhəmiyyətli məsələlər öz həllini tapacaq. Çox güman ki, 6 rayonun azad edilməsi, sülhməramlı qüvvələrin gəlməsi, köçkünlərin öz yurdlarına qayıtma qrafiki, iqtisadi-kommunikasiya əlaqələrinin bərpası və Dağlıq Qarabağın gələcək statusu ilə bağlı danışıqların əhəmiyyəti və forması öz həllini tapacaq?. Politoloq onu da bildirib ki, artıq Azərbaycan indiyə qədər keçirdiyi bütün mərhələlərdə öz davranışı və siyasəti ilə uduzub: ?İndiki halda yalnız Azərbaycanın ziyanın hansı yarısından və hansı itki ilə qayıdacağından danışmaq olar. Çünki bütün təzyiqlərə baxmayaraq, rəsmi İrəvan inadından dönmək istəmir. Ona görə də Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 18-dəki görüşündən hər hansı nailiyyətin əldə olunacağına inanmıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA