DUi-nin Qarabağ forumunda ATƏT-ə qarzı sərt bəyanat qəbul edilib

img

03-07-2009 [02:47]


Bu gün Demokratiya Uğrunda İttifaq (DUİ) Media Mərkəzində növbəti Qarabağ forumunu keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, forumda DUİ-yə daxil olan partiyalar, bir sıra ictima təşkilatların və siyasi partiyaların nümayəndələri iştirak ediblər. Tədbirdə iştirak edən ictimai-siyasi təşkilatların nümayəndələri bəyanat da qəbul ediblər. "Problemin həllində vasitəçilik edən dövlətlər təcavüzkar Ermənistanı çəkindirmək üçün heç bir addım atmamış, əksinə, problemin həlli adı altında Azərbaycanı işğal faktoru ilə barışmağa, Dağlıq Qarabağa müstəqillik verilməsi istiqamətində hüquqi prosedurlara razılıq verməyə yönəlmiş aşkar təzyiqlərə başlamışlar". Bu fikirlər Qarabağ forumunda qəbul olunan bəyanatda yer alıb. Forum iştirakçıları hesab edirlər ki, vasitəçi dövlətlər Qarabağ problemindən istifadə etməklə Azərbaycanın yerləşdiyi regionda nüfuz savaşı aparır və bu savaş Azərbaycanın haqq və hüquqlarının tapdalanması ilə müşayiət olunur. Problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq prinsiplərə uyğun həllini mümkün hesab etdiklərini, Dağlıq Qarabağda antiterror əməliyyatlarının aparılmasının zəruriliyini qeyd edəgn tədbir iştirakçıları ölkənin bütüq qüvvələri bu məsələdə vahid mövqedən çıxış etməlidirlər. Məlumat üçün bildirək ki, DUİ-də Klassık Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan, Xalq partiyaları təmsil olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA