Dağlıq Qarabağa səfər edən Polad Bülbüloğlu Serj Sarkisyanla görüzüblər (yenilənib)

img

03-07-2009 [11:50]


Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Armen Sumbatyan ermənilərin işğalı altında olan Dağlıq Qarabağa səfər ediblər. Ermənistan xəbər agentliklərinin yaydığı xəbərə görə, səfirlər Xankəndində olacaqlar. Rusiya Mədəniyyət və Kinematoqrafiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdkonun da səfirlərlə birgə səfər etdiyi bildirilir. Məlumata görə, səfirlərin qondarma Dağlıq Qarabağ Respublikasınin prezidenti Bako Saakyanla da görüşü planlaşdırılıb. Polad Bülbüloğlunu səfər zamanı Milli Məclisin deputatlarının müşayiət etdiyi bildirilir. Erməni mənbələri nümayəndə heyətinə 6 nəfərin daxil olduğunu qeyd edir. Onların arasında deputatlar Asim Mollazadə, Rövşən Rzayev və Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar Siyavuş Kərimi var. Son məlumatlara görə, Dağlıq Qarabağa səfər edən Polad Bülbüloğlu və Armen Smbatyan, eləcə də Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ermənistan paytaxtında prezident Serj Sarkisyanla görüşürlər. Bu görüşdən sonra isə Azərbaycan və Ermənistan nümayəndə heyətləri Bakıya gəliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA