Rusiyanın Azərbaycandakı səfiri Medvedevi Azərbaycan səfərinin yekunlarından danızıb

img

02-07-2009 [08:31]


Rusiyanın Azərbaycandakı səfirliyində RF Prezidenti Dmitri Medvedevin ölkəmizə səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Səfir Vladimir Doroxin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Dmitri Medvedevin bu dəfəki görüşü 2009-cu ildə sayca üçüncü görüş olub. Diplomatın fikrincə, görüşlərin intensivliyi faktının özü münasibətlərimizin xarakterini əks etdirir və iki ölkənin daha da yaxınlaşmasına kömək göstərir. Bir sıra məsələlərə dair prinsipial razılaşmanın əldə edilməsini görüşün başlıca yekunu adlandırmaq olar. Bu sırada ilk növbədə Azərbaycan Respublikası Prezidentinin və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi üzrə birgə Bəyannaməsini və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su ehtiyatlarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə birgə Bəyannaməni qeyd etmək olar. V.Doroxin həmin məsələdə kompromis parametrlərinin və Azərbaycanın mövqeyinin mühüm olduğunu bildirib. Bütün beynəlxalq normalara cavab verən Samur su qovşağının tikintisinə dair Azərbaycanın təklifi qəbul edilib. Səfir qeyd edib ki, ?Azərbaycan təbii qazının alqı-satqısı üzrə müqavilənin əsas şərtləri? barədə imzalanmış sənəd Rusiya tərəfinə daşınmada qənaətlə regionları qazla təchiz etməyə, ticarətin həcmini genişləndirməyə, yeni iş yerləri yaratmağa imkan verəcəkdir. Azərbaycanın Rusiya Federasiyası subyektləri ilə əməkdaşlığına toxunan səfir vurğulayıb ki, Azərbaycan Respublikası və Rusiya Federasiyasının Kabardin-Balkar Respublikası arasında imzalanmış saziş regionların birbaşa ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı üçün imkanlar açır. Görüşün yekunları sırasında Azərbaycan Respublikası və Rusiya Federasiyası xarici işlər nazirlərinin iki ölkənin diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və xidmət göstərilməsi şərtləri haqqında Birgə Bəyannaməni qeyd etmək olar. Səfir onu da bildirib ki, prezidentlərin növbəti görüşü iyulun ortalarında Moskvada keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA