ADP sədri Sərdar Cəlaloğlunu ölümlə hədələyirlər

img

02-07-2009 [05:10]


Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) mərkəzi qərargahına Nazim Muxtarov adlı şəxsin imzası ilə bir məktub daxil olub. Məlumat Müstəqil İnformasiya Agentliyinə ADP-nin mətbuat xidmətindən daxil olub. Məlumata görə, ADP sədri Sərdar Cəlaloğluna unvanlanmış məktubda muxalifətlə, siyasi vəziyyətlə əlaqədar müxtəlif rabitəsiz cümlələr yer alıb. Məktubun sonunda yazılan bir cümlədə isə kiminsə güllələnməsindən söz açılıb. Həmin fikir belə ifadə olunub: ?Həm də mən sizə müharibə elan edəcəm. Sizin aranızda olan bir neçə yaramazlar var ki, onların hamısını da olmasa, birini də olsa güllələyəcəyəm.? Məktubun əvvəlində ?birləşmiş müxalifət? ifadəsi işlədildiyindən ADP mətbuat xidməti güman edir ki, bu zaman Qarabağ və Respublika Uğrunda Hərəkat nəzərdə tutulub. Məktub müəllifi S.Cəlaloğludan məktubu məhz birləşmiş müxalifətin rəhbərlərinə çatdırmasını tələb edib və məktubdakı əsas tələb onların bəyənat verərək siyasi səhnəni tərk etməsidir. Məktub müəllifi bunun üçün müxalifət liderlərinə bir həftə vaxt da verib. MİA-ya açıqlama verən S.Cəlaloğlu öncə onu bildirib ki, bu adamdan əvəllər də bir neçə dəfə məktub alıblar, amma elə də əhəmiyyət verməyiblər: ?Həmin məktubları oxuyanda aydın olurdu ki, məktubun müəllifi normal psixikaya malik deyil, Son məktubunda isə açıq şəkildə müxalifət liderlərini ölümlə hədələyib. Düzdür, mə nonu psixi xəstə kimi qəbul edirəm. Amma hər hansı bir xəstənin cinayət törətməsi məsələnin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Ona görə Daxili İşlər Nazirliyinə müraciət etdik ki, bu adamın neytrallaşdırılması ilə məşğul olsun. Bu gün biz həmin Adamı partiyaya dəvət etdik. O bildirib ki, mən silah əldə etmişəm, dediklərimi bir həftənin ərzində həyata keçirəcəyəm. Səbəb də odur ki, bütün müxalifət liderləri onu müdafiə etməlidir. Guya belə olanda İlham Əliyev hakimiyyəti ona verəcək?. S.Cəlaloğlu ölüm təhdidini şəxsiləşdirmək fikrində olmadığını bildirib: ?Mən ölsəm də, başqası ölsə də eyni nəticə olacaq. Məktubların ardıcıl olaraq, mənə göndərməsi onu deməyə əsas verə bilər ki, bu ölüm təhdidi mənə qarşıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA