Elmar Məmmədyarov Enn Dersini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib

img

01-07-2009 [06:29]


Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Enn Dersini Azərbaycanda fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, səfir Azərbaycanda işlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı istiqamətində fəaliyyət göstərdiyini bildirib. Bu istiqamətdə XİN ilə faydalı əməkdaşlıq olduğunu vurğulayan səfir Azərbaycandan xoş xatirələrlə ayrıldığını qeyd edib. Öz növbəsində nazir E.Məmmədyarov səfir Enn Dersiyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA