AMiP hökumətə xəbərdarlıq edir

img

01-07-2009 [06:13]


?Tarif Şurasının əhaliyə satılan təbii qazın qiymətinin 2 dəfədən artıq qaldırması karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan üçün biabırçılıqdır. Bununla da bir daha təsdiq olundu ki, hökumət yürütdüyü tarif siyasəti ilə xalqın talan edilməsinə və tam müflisləşməsinə çalışır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaydığı bəyanatda yer alıb. AMİP hakimiyyətin büdcənin əhalinin amansızcasına istismarı hesabına doldurulmasının qəti əleyhinədir və müxtəlif bəhanələrlə əhaliyə qarşı həyata keçirilən bu kimi soyğunçuluğu pisləyir. Partiya hesab edir ki, enerjidaşıyıcılarının qiymətlərinin qaldırılması vətəndaşların onsuz da ağır olan durumlarını daha da ağırlaşdırır, cəmiyyətdə sosial gərginliyi partlayış həddinə gətirib çıxarır. AMİP bəyan edir ki, hökumət qiymət siyasətini əhalinin real gəlirlərinə adekvat aparmalı, onların maddi rifah halının yaxşılaşdırmasına yönəltməlidir. Partiya hökumətə tezliklə verdiyi qərara yenidən baxması tələbini irəli sürməklə yanaşı, bununla bağlı kütləvi narazılığın artacağı barədə xəbərdarlıq edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA