iran səfirliyi Azərbaycanın Xarici izlər Nazirliyinə nota göndərib

img

01-07-2009 [02:37]


İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhraminin ölkəni tərk etməsi ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə nota daxil olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib. Nazirliyin sözçüsü bildirib ki, bu cür notalar dövri nota sayılır: ?Orda sadəcə, bildirilir ki, səfir ölkəni filan müddətdən tərk edir və onu həmin vaxtdan filankəs əvəzləyir. Ayrı bir məlumat göstərilmir. Bu, standart prosedurdur və hər bir diplomatik münasibətlərdə istifadə olunur?. Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun Bakıya çağrılması məsələsinə gəlincə, E.Poluxov ?Nota da geri çağırılmaq məsələsi yoxdur. Səfirin ölkədə olmaması ilə geri çağırılması fərqli məsələlərdir. Azərbaycan tərəfində isə səfirimizin geri çağırılması məsələsi gündəmdə deyil?,- söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA