Qabil Hüseynli: ?Optimist proqnozlar səsləndirməkdə çətinlik çəkirəm?

img

01-07-2009 [02:15]


?Dağlıq Qarabağla bağlı Moskva şəhərində aparılacaq danışıqlarda hər hansı irəliləyiş ola bilər. Amma irəliləyişin Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək səviyyədə olacağına bir qədər tərəddüt edirəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında politoloq Qabil Hüseynli Fransanın Qarabağ danışıqlarına verdiyi təkliflərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi bu məsələdə qeyri-konstruktiv mövqe tutur: ?Rəsmi İrəvana nə qədər təzyiqlər olsa belə, Dağlıq Qarabağın müstəqilliyi məsələsində geri çəkilmək istəmir. Lakin bunlara baxmayaraq, həmsədr dövlətlər, xüsusən də rəsmi Moskva istəsə, məsələni öz yoluna qoya bilər. Onu da nəzərinizə çatdırım ki, Azərbaycan yeni kompromisə gedərək, Laçin dəhlizi məsələsində güzəştə getməyə məcbur olduğunu bildirib. Yadınızdadırsa, əvvəlki danışıqlarda belə bir güzəşt yox idi. Belə olduğu halda, məncə, qarşılıqlı kompromislər zəminində hansısa irəliləyişə nail olmaq mümkündür?. Politoloq onu da bildirib ki, Ermənistanın mövqeyi hələki köhnə mövqedir. Onun qənaətincə, Moskvada Ermənistan tərəfindən surpriz də ola bilər: ?Biz ötən gün rəsmi Moskva ilə təbii qaz sazişi imzaladıq. Heç şübhəsiz ki, sazişin kommersiya tərəfi rəsmi Bakı üçün cəlbedicidir. Amma zənnimcə, bu, Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Yəni, Azərbaycan burada kommersiya niyyətlərindən daha çox, siyasi niyyətlər güdür. Çünki Rusiya prezidenti Dmitri Medvedyevin Bakıya birinci səfəri zamanı Bakı bəyənnaməsi imzalandı. O zaman isə qaz sazişi müqabilində Azərbaycana onun ərazi bütövlüyünü təmin etmək istiqamətində hər cür siyasi dəstək veriləcəyi həmin bəyənnamədə öz əksini tapıb. İkinci səfər zamanı da bu fikirlər təsdiqlənib. İndi görək, Moskva görüşündə bu necə reallaşacaq. Açığı, optimist proqnozlar səsləndirməkdə çətinlik çəkirəm. Çünki indiyə qədər Rusiya öz tarixi dostu və müttəfiqi olmuş Ermənistana sədaqətlə qulluq edib. Bundan sonra rəsmi Moskva mövqeyini necə dəyişəcək və bu mövqeyin bütövlükdə Rusiya cəmiyyətində, eləcə də Ermənistanda necə qarşılanacağını göz önünə gətirəndə, proqnozlarda ehtiyatlı olmağa məcbur olursan?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA