Azərbaycan-Gürcüstan sərhəddində qarızıqlıq yaranıb

img

30-06-2009 [09:02]


Azərbaycan-Gürcüstan sərhəddindəki Qırmızı körpü keçid məntəqəsində basabas yaranıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) sərhəddi keçmək istəyən Gürcüstan vətəndaşlarından biri məlumat verib. Mənbə deyib ki, sabahdan miqrasiya hıqqında qanunun tətbiqi sərhəd-keçid məntəqəsi əməkdaşlarının sui-istifadə hallarına yol verməsinə səbəb olub. Onun sözlərinə görə, artıq bu gündən sərhəddi keçmək istəyən Gürcüstan vətəndaşları olan azərbaycanlılara süni problemlər yaratmağa başlayıblar. Müsahibimiz deyib ki, sərhəddin Azərbaycan tərəfində böyük növbələrin yaranması rüşvətxorluq hallarının meydana çıxması ilə müşayiət olunur. Sərhədçilər növbədə dayanmış azərbaycanlılardan 10 manat alaraq, onların avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yoldan Gürcüstan ərazisinə keçməsinə şərait yaradırlar. Rüşvət vermək istəməyən vətəndaşları isə müxtəlif bəhanələrlə saatlarla növbədə dayanmağa vadar edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA