Qəbələ RLS ilə bağlı aparılacaq danızıqlar iran-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər

img

30-06-2009 [02:22]


?Azərbaycanın öz mavi qazını Rusiyaya satması ?Nabucco? layihəsinə heç bir təsir göstərməyəcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında politoloq Rauf Mirqədirov deyib. Onun sözlərinə görə, Rusiyaya satılacaq qaz kifayət qədər böyük deyil: ?Rəsmi məlumatlara görə, Rusiya Azərbaycandan 500 milyon kub metr təbii qaz alacaq. Amma bu balaca rəqəmdir. Ona görə də düşünmürəm ki, bu anlaşma ?Nabucco? layihəsinə hər hansı mənfi təsir göstərsin?. Bundan əlavə qeyd edək ki, bu yaxınlarda ABŞ-la Rusiya arasında Qəbələ RLS barədə danışıqlar gözlənilir. ABŞ tərəfi isə danışıqlarda Azərbaycanın iştirakını da vacib sayıb. Politoloq Amerikanın bu istəyinin təqdirəlayiq olduğunu deyir. Onun sözlərinə görə, Amerikanın bu məsələdə siyasi məqsədi var: ?Təbii ki, Azərbaycan Qəbələ RLS ilə bağlı danışıqlarda iştirak etməlidir. Burada əsas məqsəd İranı hədəfə almaqdır. Rəsmi Vaşiqton da bu yolla Azərbaycandan dəstək almaq istəyir. Lakin rəsmi Bakı belə məsələlərdə bir qədər ehtiyatlı olmalıdır. Çünki İranla Azərbaycan arasında belə məsələlərlə bağlı müqavilə var. Rəsmi Tehran da dəfələrlə bəyan edib ki, hansı dövlət Amerikaya yardımçısı olsa, həmin dövlətə qarşı ciddi tədbirlər görüləcək. Bu da sonda İranla Azərbaycan arasında münasibətlərin tamamilə pisləşməsinə gətirib çıxara bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA