Deputat Baba Tağıyev iranı terrora və Ermənistana dəstək verməkdə suçladı

img

30-06-2009 [01:40]


?Bəzi beynəlxalq təşkilatlar Ermənistana separatçı yardım edir. İran da Ermənistana yardım edən dövlətlərdən biridir. İranın HİZBULLAH təşkilatına ayırdığı milyonlarla dollar yardım sayəsində Beyrutda, Livanda ermənilər də terror fəaliyyətini öyrənir və bundan Azərbaycana qarşı istifadə edirlər?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Milli Məclisin iclasında deputat Baba Tağıyev deyib. Deputat onu da bildirib ki, İran Azərbaycanın əleyhinə pul vəsaitləri xərcləyir, amma orada yaşıyan 40 milyon azərbaycanlının hüquqlarını pozur. Onun sözlərinə görə, İran hökuməti orada yaşayan azərbaycanlıların hüquqlarının qorunması, normal təhsil alması istiqamətində heç bir addım atmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA