NATO Beynəlxalq Məktəbinin "dəniz təhlükəsizliyi" mövzusunda sessiyası bazlayıb

img

29-06-2009 [02:04]


Bu gün Bakıda NATO Beynəlxalq Məktəbinin (NİSA) "dəniz təhlükəsizliyi" mövzusunda sessiyası başlayıb. ANS PRESS-in məlumatına görə, dəniz təhlükəsizliyi mövzusuna həsr olunmuş sessiyada dəniz təhlükəsizliyi anlayışına xüsusi nəzəri və praktiki yanaşmalar, dəniz quruluğu və dənizdə törədilən cinayət fəaliyyətləri, dəniz limanlarının təhlükəsizliyi və dəniz səhrədləri, eləcə də bütün qeyd olunan məsələlərin beynəlxalq hüquqi aspektləri müzakirə olunur. Tədbirin açılışında Azərbaycan NATO Beynəlxalq Məktəbin direktoru Mikayıl Yusifov çıxış edərək bildirib ki, sessiya müddətində iştirakçıların dəniz quldurluğu və dənizdə törədilən digər cinayət əməllərinə qarşı mübarizə sahəsində mövcud praktiki nümunələr əsasında fikir mübadiləsi aparılacaq. Sessiyada Azərbaycanın Xarici İşlər Nazirliyinin, NATO-nun, xarici dövlətlərin Bakıdakı səfirliklərinin, Azərbaycanın dəniz təhlükəsizliyi ilə məşğul olan aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA