AiDP QHT-lərlə bağlı qanunun dəyizdirilməsini ziyanlı sayır

img

29-06-2009 [11:38]


?Qeyri Hökumət Təşkilatları (QHT) ilə bağlı qanun layihəsinin müzakirəsi durdurulmalıdır. Hesab edirəm ki, QHT-lərin əksəriyyətinin yenicə güclənməyə, oturuşmağa başladığı bir ərəfədə təklif olunan əlavə və dəyişikliklər üçüncü sektorda sarsıntılara gətirib çıxara bilər. Hətta təzəlikcə ayaq tutub yeriməyə başlayan QHT-lər tamamilə sıradan çıxa bilər?. Bu sözləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. O qeyd edib ki, təklif olunan dəyişikliklər, yəni QHT-lərin bölgələrdəki fəaliyyətinin genişləndirilməsi, həmçinin əsasən Milli donorlara üstünlük verilməsi məsələlərində hər hansı bir problem yoxdur: ?Düzdür, bizim QHT-lərin fəaliyyəti tam şəffaf deyil. Hətta vətəndaş cəmiyyətinin inkişafı naminə deyil, siyasi qrupuların marağı dairəsində xidmət göstərən QHT-lər də az deyil. Eyni zamanda hesab edirəm ki, bizim QHT-lər də bölgələrdəki fəaliyyətlərini genişləndirməlidirlər. Bundan başqa biz uzun illərdir ?xarici donorlar qrant ayırarkən Azərbaycanda öz maraqlarını təmin etməyə çalışırlar? deyirik. Məsələyə bu mənada yanaşanda QHT-lərin Milli donorlara üz tutması məsələsi aktualdır. Amma gəlin görək bu dəyişikliyi belə tezliklə reallaşdırmaq mümkündürmü? Hesab edirəm ki, mümkün deyil?. T.Abbaslı hesab edir ki, bu prosesdə hakimiyyətə yaxın olan, onların xeyir-duası ilə yaranan QHT-lər qazana bilər: ?Zənnimcə ortaya atılan bu əlavə və dəyişiklik məsələsi də elə bu niyyətlə bağlıdır. Hesab edirəm ki, buna getmək olmaz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA