israil prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri bazlayıb

img

28-06-2009 [05:47]


Bu gün İsrailin prezidenti Şimon Peres Azərbaycana rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Şimon Peresi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Şimon Peres və Baş nazirin birinci müavini arasında qısa protokol görüşü olub. Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin və İsrail prezidenti Şimon Peresin təkbətək görüşü olub.Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İyunun 28-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra isə Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin iştirakı ilə Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub. ?Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş?i Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev və İsrailin elm və texnologiya naziri Daniel Herşkovitz imzaladılar. ?Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş?i Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İsrailin milli infrastruktur naziri Uzi Landau imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA