Ədalət Partiyasında narazılıq yaranıb

img

27-06-2009 [03:10]


[b]Elxan Şükürlü piketin ?Polis günü?nə təyin edilməsinə etiraz edib[/b] Məlum olduğu kimi, Ədalət Partiyası ötən ilin martında Moskvada həbs olunmuş və hazırda Çelyabinskdə saxlanılan Etimad İsmayılovun barəsində ədalətli məhkəmə qərarı çıxarılması tələbiylə iyulun 2-də Rusiyanın ölkəmizdəki səfirliyi qarşısında piket keçirmək niyyətindədir. Artıq bu məqsədlə BŞİH-ə müraciət də olunub. Ancaq aksiyaya icazə verilməsi şübhə altındadır. Partityadan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, aparılan müzakirələrdə piketə icazə verilməsə belə, aksiyanı keçirməyə təşəbbüs göstərilməsi fikri irəli sürülüb. Bu fikrin tərəfdarları hesab edirlər ki, problemə ictimai diqqəti yönəltəmək üçün mütləq icazəsiz aksiyaya gedilməlidir. Məlumata görə, partiya üzvlərinin bir çoxu buna razılıq versələr də, sədr müavini Elxan Şükürlü piketin iyulun 2-ə təyin edilməsinə və icazəsiz aksiyaya gedilməsi təşəbbüsünə etirazını bildirib. O deyib ki, həmin tarix ölkədə ?Polis günü? kimi qeyd olunduğundan, piketi başqa vaxta keçirmək lazımdır. Maraqlıdır ki, Şükürlü həmin gün icazəsiz aksiyaya təşəbbüs göstəriləcəyi təqdirdə, hansısa təxribatların törədilə biləcəyini də istina etməyib. Partya sədri İlyas İsmayılov da E.Şükürlünü müdafiə edib və aksiyaya icazə verilməycəyi təqdirdə, qarşıdurmaya getməməyi və piketi təxirə salmağı tövsiyyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA