Həmsədrlərinin iztirakı ilə Azərbaycan və Ermənistan xarici izlər nazirləri görüzüb

img

27-06-2009 [11:49]


Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Buna qədər isə vasitəçilər əvvəlcə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, daha sonra isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüş keçiriblər. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin mövcud durumu ətrafında fikir mübadiləsi aparılıb, tənzimləmə prosesinin perspektivləri araşdırılıb. Verilən məlumata görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu gün Yunanıstanın Kurfu şəhərində öz işinə başlayacaq ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində də növbəti dəfə məsləhətləşmələrin aparılacağı ehtimal olunur. Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, görüş Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun qatılması ilə üçtərəfli formatda keçirilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA