Hakimiyyətlə ADP sədri Sərdar Cəlaloğlunun dialoqu reallazır

img

25-06-2009 [03:35]


Azərbaycan Demokrat Partiyasının (ADP) bir müddət öncə Milli Məclisə təqdim etdiyi ?Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında? Qanun layihəsi və bələdiyyələrin statusunun artırılmasına dair təkliflərdən ibarət müraciətinə rəsmi cavab verilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən məlumat daxil olub. Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun imzaladığı məktub ADP sədri Sərdar Cəlaloğlunun adına göndərilib. Məktubda qeyd olunur ki, Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə ünvanladığınız təkliflərə görə Sizə təşəkkür edirik. Təklifləriniz hazırda şöbənin əməkdaşları tərəfindən öyrənilir. Məsələylə bağlı mia.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Milli Məclisdən müraciətlərinə rəsmi cavab verilməsini müsbət addım kimi dəyərləndirdiyini bildirib: ?Bizim təkliflərimizin öyrənilməsini, yaxud bizə cavab verilməsini qeyri-adi addım kimi qiymətləndirmək olmaz. Bizim təkliflərimiz əsasında Milli Məclis qanunvericilikdə hansısa dəyişikliklər edərsə, bunu siyasi dialoqu başlanması kimi dəyərləndirə bilərik?. S.Cəlaloğlu onu da vurğulayıb ki, bundan sonra da Milli Məclisə qanunvericiliklə bağlı təkliflər göndərmək fikrindədirlər. Onun sözlərinə görə, bu iş məktublaşma formasında olmamalıdır. ADP sədri hesab edir ki, hakimiyyət müxalifətlə qanunlarn formalaşması prosesində əməkdaşlıq etməlidir: ?Biz müxalifət olaraq, öz vəzifəmizi yerinə yetirəcəyik. Dövlət orqanlarının da borcudur ki, onlar siyasi qüvvələrin təkliflərini, iradlarını, arzularını nəzərə alsınlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA