Iranda 70 universitet müəllimi Musəvi ilə görüzdüklərinə görə həbs olunub

img

25-06-2009 [02:02]


İran universitetlərinin İslami Müəllimlər Birliyinin üzvlərindən 70 nəfər həbs olunub. Bu barədə Mir Hüseyn Musəviyə bağlı "Kəlimə" xəbər saytı məlumat yayıb. Məlumata əsasən, ötən gün İran universitetlərinin İslami Müəllimlər Birliyinin üzvləri prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvi ilə görüş keçiriblər. Görüşdən sonra onlardan 70 nəfər həbs olunub. Həbs olunanların hara aparıldığı məlum deyil. İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı prezidenti Əhmədinejad səslərin 62,63%-i toplayıb. Onun əsas rəqibi Mirhüseyn Musəvi isə səslərin 33,75%-i toplayıb. Musəvi seçkilərin nəticələri elan olunmamışdan öncə qələbə qazandığı barədə bəyan etsə də, sonradan hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Keçirilmiş seçkilərin nəticələri ilə razılaşmayan minlərlə insan etiraz aksiyası keçirib ki, bu da polislə toqquşmaya səbəb olub. Təsdiqlənməmiş məlumatlara əsasən, küçə toqquşmaları nəticəsində 150 nəfər həlak olub. Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA