Azərbaycan Latviya ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdalzıq sazizi imzalayıb

img

25-06-2009 [01:55]


Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseynqulu Bağırov və latviyalı qonaqlarla birgə tədbir keçirilib. Tədbirdə ətraf mühitin mühafizəsi sahəsində əməkdalşıq sazişi imzalanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Latviya Respublikasının Ətraf Mühit Naziri Raymonds Veyonisin, nazirin müşaviri Viestrus Silenieks, katib Quntis Pukitis, nazirliyin məsləhətçisi İndulis Emsis intirak ediblər. Nazir Hüseynqulu Bağırov öncə ətraf mühitin mühafizəsi və bu sahədəki problemlərinin həllindən danışıb: ? Ətraf mühitin mühafizəsi, tulantıların idarə edilməsi, biomüxtəlifliyin mühafizəsi, ətraf mühitin monitorinqi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələri bu gün ki, günün ən aktual mövzusudur. Bildiyiniz kimi, bunların həll olunması üçün gündəlik nəzarət lazımdır. Allahın yaratdığı əsrarəngli təbiəti qorumaq hər birimizin vətəndaş borcudur. Bu işdə müxtəlif təbəqələli insanların köməyi vasitəsi ilə problemlərin həllində bir yol tapmalıyıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Almaniya, Danimarka, Balkan ölkələri və qonşu ölkələrlə bu sahənin qorunması üçün sazişlər imzalayıb. Bu öləkələr arasında Latviyanın adını xüsusi qeyd etmək istəyərdim. Azərbaycanı Latviya ilə mədəniyyəti, keçmiş tarixi, indiki oxşar problemləri bu ölkə ilə möhkəm əlaqələri qorumağa sövq edir. Məhz bununla əlaqəli Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisin, Ətraf Mühit Nazirinin müşaviri cənab Viestrus Silenieks, Ətraf Mühit Nazirinin Katibi cənab Quntis Pukitis, Ətraf Mühit Nazirliyinin məsləhətçisi cənab İndulis Emsis Bakıya təşrif buyurub. Bizim Latviya ilə xoş münasibətlərimizə inanaraq bildirmək istəyirəm ki, münasibətlərim ölkələrimiz arasındakı problemləri birgə həll etməyə yardımçı olacaq. Latviya Azərbaycan ölkəsi kimi ağrılı-acılı günlər yaşayıb. Azərbaycan ölkəsi olaraq biz belə hissi daha tez anlayırıq. Ekologiyadan əlavə çaylarımızdakı axan suların bizim ərazimizə çirkli halda gəlib çatması bizim ölkədə su problemi yaradır. Bununla əlaqəli Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən çox effekt verici, əlverişli proyekti çayların təmizlənməsi üçün hazırlanmışdır. Çay ətrafı bölgələrdə yaşayan 924 minə yaxın əhalinin 224 minə yaxını hazırda təmiz içməli suyu əldə edə bilir. Latviya ölkəsi ilə bu gün saziş imzalayacağıq. Sazişin əsas məqsədi ölkələr arasındakı tanışlıq, ekologiyadakı çirkli hava durumunu aradan qaldırmaq, çirkli suyun təmizlənməsi və bu kimi işlər üçün əlverişli olacaq. Mən inanıram ki, bu saziş ölkələr arasındakı bağlılığı daha da möhkəmləndirəcək?. Sonra isə latviyalı nazir çıxış edərək, hər iki ölkə arasındakı münasibətlərdə, qarşılıqlı əlaqələrdən və ətraf mühit problemlərdən danışdı. Sonda hər iki ölkənin nazirləri ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair sazişə imza atdılar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA