1 manatlıq əmək kitabçaları bazarda 10 manata satılır

img

25-06-2009 [12:35]


Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir. Araşdırmalar göstərir ki, bəzi iş yerlərində yeni işəgötürülən şəxslərdən tələb olunur ki, əmək kitabçasını özləri alsınlar. Bu zaman həmin şəxslər əmək kitabçaları əldə etmək üçün məşğulluq idarələrinə deyil qara bazardakı alverçilərə üz tuturlar. Əmək kitabçalarını itirmiş, onu yararsız hala salmış şəxslər də bu sənədi əldə etmək üçün yollarını qara bazardan salırlar. Dəyəri 1 manat olan əmək kitabçaları bazarda minimum 10 manata, bəzən bundan da baha satılır. Məsələn, metronun ?Neftçilər? stansiyasının çıxışında alverçilər həmin sənədin saxtasını 10 manata, həqiqisini isə 12 manata satırlar. Maraqlıdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən çap edilən və məşğulluq idarələrinə verilən həqiqi əmək kitabçaları alverçilərin əlinə necə düşür? Axı həmin sənədlər yalnız məşğulluq mərkəzləri tərəfindən paylanmalıdır. Müstəqil İnformasiya Agentliyinin araşdırmaları göstərir ki, ƏƏSMN-nin məşğulluq idarələrinə verilən əmək kitabçaları elə həmin mərkəzlərin öz işçiləri vasitəsilə bazara çıxarılıb baha qiymətə satdırılır. Bunu əməkdaşımızla söhbət zamanı alverçilərin özləri deyibər. Baş Məşğulluq İdarəsindən isə məsələyə ətraflı münasibət öyrənmək mümkün olmayıb. ƏƏSMN Dövlət Əmək Müfəttişliyinin şöbə rəisi Tahir Musayev MİA-ya bildirib ki, qanunla heç bir işəgötürən yeni işçidən əmək kitabçası tələb etməməli, özü onu həmin sənədlə təmin etməlidir: ?Hər bir işəgötürən bizim nazirliyin Baş Məşğulluq İdarəsinə və ya onun yerli orqanlarına yazılı müraciət etməli və əmək kitabçalarının miqdarına uyğun olaraq onun haqqını ödəməli, onları aldıqdan yeni işəgötürülənlərə verməlidir?. T.Musayevin sözlərinə görə, qara bazardan alınan saxta əmək kitabçalarından istifadə işçi üçün sonradan çox ciddi problem çevrilə bilər. Məsələn, vətəndaş iş yerini dəyişdikdə, yeni işəgötürən saxta sənədi qəbl etməkdən imtina edə bilər və s. T.Musayev vətəndaşları qara bazardan əmək kitabçaları almamağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR