Mais Güləliyev: ?Obamanın islam dünyası ilə əməkdazlıq istəyi sual altındadır?

img

24-06-2009 [03:26]


Bu gün ?Ria-Novosti? Agentliyinin konfrans zalında Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri, politoloq Mais Güləliyev mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Azərbaycanda və regionda son ayda baş verən mühüm ictimai-siyasi hadisələr kimi, ABŞ prezidenti Obamanın Qahirədə çıxışını, İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfəri haqqında məlumatların yayılmasını, Azərbaycan və Ermənistan prezidentlərinin Sank-Peterburq görüşünü, İranda prezident seçkilərinin keçirilməsini və ?QHT (ictimai birliklər və fondlar) haqqında qanuna? dəyişikliklərin edilməsi ilə bağlı məlumatların yayılmasını qeyd edərək, bu hadisələrin regiona və Azərbaycana mühüm təsirlərini təhlil edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mais Güləliyev ABŞ prezidenti Barak Obamanın Qərblə İslam arasında gərginliyin olduğunu bildirib: ?Əslində, onun çıxışı zamanı hər dəfə Qərblə İslam, ictimai şüur, dini münasibətlər arasında gərginliyin olmasını bildirməsindən bir daha əmin olmaq olar ki, ABŞ-ın xarici siyasətində hər hansı bir dəyişiklik baş verməyib. Obama belə düşünür ki, modernləşmə və qloballaşmanın gətirdiyi geniş dəyişikliklər İslamla ziddiyət təşkil edir. Biz partiya olaraq, düşünürük ki, bu çox ciddi məsələdir?. Politoloq İsrail prezidenti Şimon Peresin Bakıya səfərini normal qarşılamadığını bildirib: ?Obama dəfələrlə bəyan edib ki, İsrailin ABŞ-ın ən yaxın müttəfiqidir və biz onu Şərqdə müdafiə etməyə hazırıq. Bu cür bəyanatlardan məlum olur ki, Obamanın praktiki olaraq, İslam dünyası ilə bağlı əməkdaşlıq istəyi açıq-aşkar sual altındadır. Amerika İsrailə hər il 3-4 milyard dollarlıq silah satır. İsrail prezidentinin Azərbaycana səfəri açıq-aşkar qonşularla münasibətlərimizə ciddi təsir göstərə bilər. İsrail Azərbaycana marağı yalnız neftlə bağlıdır. Ümumiyyətlə, adı çəkilən ölkə dünyada neft və qaz istehsalını, nəqlini nəzarətdə saxlamaq üçün xüsusi səy göstərir. O cümlədən, Azərbaycandan Avropaya nəql edilən neft və qaza nəzarət etmək uğrunda mübarizə aparır. İsrailin rolu ilə Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşması ölkəmiz üçün çox təhlükəlidir. Qurulacaq münasibətlər hansısa dövlətdən asılı olmamalıdır?. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünə gəlincə, politoloq Qarabağ probleminin həlli, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində istənilən səylərin dəstəklədiyini bildirib: ?Problemin dinc yolla həlli sadəcə olaraq, gözləmə mövqeyində durmaq deyil. Problemin daha da uzanması gələcək nəsilləri təhlükə altında qoymuş oluruq. Hesab edirəm ki, qarşı tərəflə müxtəlif görüşlər keçirilməlidir. Çünki məhz belə görüşlər iki ölkə və cəmiyyət arasında dialoqun yaranmasına və gələcəkdə sülhün bərpa edilməsinə şərait yarada bilər. Bu nöqteyi-nəzərdən də prezidentlərin Sankt-Peterburq görüşü yüksək qiymətləndirilməlidir?. AYP sədri İranda keçirilən prezident seçkilərinə də toxundu. Onun qənaətincə, İranda seçkiqabağı, seçki dövründəki və seçkisonrası situasiya kifayət qədər demokratik olub: ?Burada seçkilərə insanlar zor gücü ilə gətirilməyib. Burada ölkə əhalisinin təqribən 90 faizi azad şəkildə iştirak edib. Bu prosesi heç bir Qərb mətbuatı dana bilmədi. Düzdür, seçkidən sonra özlərinin namizədi seçilmədiyi halda, etnik qarşıdurmanı və daxili sabitliyi pozmaq üçün müxtəlif qərəzli addımlar atdı. Hesab edirəm ki, bütün hallarda zorakılığa yol vermək düzgün deyil. Lakin digər tərəfdən etiraf etmək lazımdır ki, İrandakı seçkilər ətraf region dövlətlərlə müqayisədə kifayət qədər müstəqil oldu. Bundan əlavə, İrandakı müxalifət qüvvələri də güclü qüvvələr olub. Onların güc nümayiş etdirmələri demokratiyanın göstəricisi kimi qiymətləndirmək lazımdır?. Sonda M.Güləliyev ?QHT haqqında qanuna? dəyişiklərin edilməsinə də münasibət bildirdi. Onun sözlərinə görə, Prezident yanında QHT-lərə Dəstək Şurası da müstəqil təşkilatların fəaliyyətinin məhdudlaşmasına xidmət edir: ?Əgər bu dəyişikliklər həyata keçirilərsə, vətəndaş cəmiyyəti QHT-lər formasında yaşamaq iqtidarında olmayacaq. Ümumiyyətlə, bu və ya digər dəyişikliklərin edilməsi qeyri-demokratikdir və Azərbaycanda onsuz da zəif olan vətəndaş cəmiyyətinin daha da zəifləməsinə stimul verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA