Ədalət Partiyası Rusiya səfirliyinin qarzısında aksiya keçirmək üçün BŞiH-nə müraciət edib

img

24-06-2009 [02:06]


Ədalət Partiyası Rusiyanın Azərbaycandakı iyulun 2-də səfirliyinin binası qarşısında etiraz aksiyası keçirməyi qərarlaşdırıb. Artıq aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə də (BŞİH) müraciət olunub. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli verib: ?Biz müraciətdə bildirmişik ki, Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovun həbsi və ona qarşı qaldırılan qondarma cinayət işinə etiraz edirlər. Eyni zamanda qeyd etmişik ki, hazırda istintaq aparılan Çelyabinsk vilayətində ona qarşı qərəzli mövqe tutulub. Bu səbəbdən də biz istintaqın və məhkəmənin Moskvada aparılmasını istəyirik. Bizim əlimizdə olan təkzibolunmaz faktlar sübut edir ki, Etimad İsmayılovun həbsində Çelyabinsk vilayətinin korrupsiyaya uğramış bir neçə yüksək rütbəli məmurunun əli var. Bütün bunlara etiraz olarq və Rusiya dövlətinin rəhbərlərinin diqqətini baş vermiş qeyri-qanuni həbs və sifarişli məhkəmə prosesinə yönəltmək məqsədiylə Ədalət Partiyası iyulun 2-də Rusiya səfirliyinin qarşısında 50 nəfər partiya üzvünün iştirakı ilə piket keçirmək niyyətindədir?. Mütəllim Rəhimlinin sözlərinə görə, piketdə ?Etimad İsmayılova qarşı siyasi təqiblərə son qoyulsun?, ?Ədalətli məhkəmə tələb edirik?, ?Etimad İsmayılova azpdlıq? şüarları səsləndiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA