Bu gün Əbülfəz Elçibəyin doğum günüdür

img

24-06-2009 [11:04]


Bu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 71 yaşı tamam olur. 1938-ci ildə Naxçıvanda dünyaya gələn Əbülfəz Elçibəyin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. Məhz onun prezidentliyi dövründə, sovet qoşunları ölkədən çıxarılıb, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib. 1993-cü ildə hakimiyyətdən gedən Əbülfəz Elçibəy təxminən 4 il ərzində doğulduğu Kələki kəndində yaşayıb. 1997-ci ildə Bakıya qayıdaraq yenidən siyasi mübarizəyə qatılsa da, onun fəaliyyəti bu dəfə də uzun çəkmədi. Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu ?Gülhanə? xəstəxanasında vəfat edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA