AiP hakimiyyətdən israil prezidentinin Azərbaycana səfərinin dayandırmasını tələb edir

img

23-06-2009 [02:29]


Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov mətbuat konfransı keçirib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat xidmətinin rəhbəri Akif Heydərli məlumat verib. Məlumata görə, M.Səmədov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, İsrail prezidenti Şimon Peresin Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikirlərini bildirib. Partiya sədri bildirib ki, irqçilik siyasətinin müəlliflərindən biri, milyonlarla müsəlmanın qatili kimi tanınan Ş. Peresin Azərbaycana səfərə dəvət olunmasının əleyhinədir. Qurum rəhbəri İranda prezident seçkilərindən sonra yaranan vəziyyətə də münasibət bildirib. O, İran xalqının bütövlüyünə xələl gətirən xarici qüvvələrin hərəkətlərini pisləyib. Mətbuat konfransının sonunda İsrail rəhbərliyinin, işğala məruz qalmış Azərbaycana səfərinə etiraz bəyanatı qəbul olunub. Bəyanatda İsrail prezidentinin səfərinin ictimaiyyət tərəfindən narazılıqla qarşılandığı qeyd olunub: ? İslam Partiyası dövlət rəhbərliyindən Şimon Peresin Azərbaycan səfərinin dayandırmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA