Tahir Abbaslı: ?isa Qəmbərin Xalq Cəbhəsinin bərpası təklifi çox gecikib?

img

23-06-2009 [01:17]


?Parlament seçkilərinin yaxınlaşdığı bir dövrdə Müsavat Partiyasının başqanı İsa Qəmbərin Xalq Cəbhəsinin bərpası ideyasını ortalığa atması uğurlu addım deyil. Bu təklif bir daha sübut edir ki, müxalifət düşərgəsi hələ də keçmişlə yaşayır, gələcəklə bağlı konkret düşüncə, təklif və əməl yoxdur. Digər tərəfdən keçmiş arzu və istəklərlə ortaya atılan təklif elə arzu olaraq qalacaq?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı Ğüstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib. Onun fikrincə, ötən seçkilərin acı nəticələrini dadmış müxalifət düşərgəsi başına gələnlərdən heç bir nəticə çıxarmayıb: ?Ona görə də hesab edirəm ki, məncə belə bir təfəkkürlə yaxın və uzaq gələcəkdə nəyəsə nail olmaq qeyri mümkündür. Özlərinin dəyişməməsi reallığı ortalıqda varkən, ad dəyişmək heç bir müsbət nəticə vəd etmir?. T.Abbaslının sözlərinə görə, 2003-cü il prezident seçkisindən sonrakı ərəfədə özünü müxalifətin aparıcı siması sayan liderlər onların başqa bir təklifinin də reallaşması üçün cəhd göstərməyiblər: ?AİDP təklif etmişdi ki, müxalifətin yaşaması və birliyi üçün koordinasiya mərkəzi yaradılsın. Təklif olunurdu ki, partiya sədrlərinin müavinlərindən biri koordinasiya sistemində fəaliyyət göstərsin və bu yolla müxalifətin birliyinə nail olunsun. Amma çox təəssüf ki, həmin təklif də arzu olaraq qaldı?. AİDP sədrinin fikrincə, həmin təkliflərin reallaşdırılması istiqamətində cəhdlər olsaydı bu gün Xalq Cəbhəsinin bərpası ideyasına ehtiyac qalmazdı: ?Hətta indi bu ideyanı müzakirəyə çıxaranlar bizim İlham Əliyev ikinci dəfə prezident seçiləndən sonra müxalifətin bir partiyada birləşməsi ilə bağlı təklifimizi də qəbul etmədilər?. Təkliflərin qəbul edilməməsinin səbəblərinə gəlincə, AİDP sədri bunları söylədi: ?Məncə bu, müxalifət düşərgəsindəki liderlərin mənəm-mənəmlik xəstəliyindən qaynaqlanırdı?. AİDP sədrinin fikrincə, Xalq Cəbhəsi ideyası həmin vaxt ortalığa atılsaydı bəlkə də hansısa effekt verərdi: ?Amma indi effekt verməyəcək. Çünki son altı il ərzində müxalifət yerində saymaqla məşğul olub. Bu illər cəmiyyətin ömründən oğurlanıb. Ötən müddət ərzində cəmiyyətlə müxalifətin arasında olan əlaqələrə əməlli-başlı zərbələr dəyib. Bu illər ərzində müxalifət qapıları bağlayıb insanlarla əlaqəni kəsib?. T.Abbaslı hesab edir ki, Xalq Cəbhəsi ideyası indiki tələblərə cavab vermir: ?Bu ideya artıq müxalifət düşərgəsini və cəmiyyəti birləşdirəcək iqtidarda deyil. Bunun əsas səbəbi xalqın müxalifət düşərgəsində olan kin-küdurətdən, xətalı addımlardan xəbərdar olması ilə bağlıdır. Bir sözlə ötən illər ərzində xalq həm də bu düşərgənin içüzü ilə tanış ola bilib və bu mənada həmin ideyanın reallaşacağına inanmıram?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA