MMP iranın Azərbaycandakı səfirliyi qarzısında aksiya keçirib

img

22-06-2009 [04:38]


Bu gün Müasir Müsavat Partiyasının (MMP) 50 nəfər üzvü İranda prezident seçkilərindən sonra dinc aksiya keçirən soydaşlarımıza qarşı yol verilən zorakılığa və repressiyalara qarşı etiraz əlaməti olaraq İranın Azərbaycandakı səfirliyi qarşısında aksiyası keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, polislər aksiya iştirakçılarına mane olmağa çalışıblar. Aksiya iştirakçıları ilə polis arasında insident baş versə də, aksiya baş tutub. Aksiya iştirakçıları öz tələb və şüarlarını səsləndirdikdən sonra aksiyanın qətnaməsini səfirliyin nümayəndəsinə təqdim ediblər. Lakin səfirliyin nümayəndəsi qətnaməni qəbul etməyib. İnsident zamanı polislər tərəfindən bölməyə aparılan partiyanın təşkilat məsələləri üzrə sədr müavini Fərhad Əliyev və digər 2 nəfər partiya fəalı da izahat alındıqdan sonra sərbəst buraxılıb. Qeyd edək ki, aksiya keçirməyə səbəb İyunun 12-də İranda keçirilən prezident seçkilərindən sonra keçmiş prezident Əhmədinejadın qalib gəldiyi göstərilsə də, onun rəqibi olmuş islahatçı Mirhüseyn Musəvinin tərəfdarları bununla razılaşmayaraq Tehran və başqa şəhərlərdə kütləvi etiraz aksiyalara başlaması olub. Buna görə də partiya bu zorakılığın və repressiyaların dayandırılması tələbi ilə çıxış edib. Aksiyanın şüarları bunlardan ibarət olub: ?Cənublu soydaşlarımıza qarşı zorakılığa son verilsin!?, ?İranda dinc azərbaycanlılara qarşı repressiyalar və qan tökülməsi dayandırılsın!?, ?Yaranmış seçki böhranı İran Konstitutsiyası və qanunları çərçivəsində həll edilsin? və s. MMP-çilər tezliklə İran hökumətini bu zorakılığı dayandırmasını tələb edib. Əks təqdirdə partiya üzvləri aksiyalarını daha geniş səviyyədə davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA