ADP Milli Məclisdə müzakirəyə çıxarılan son qanun dəyizikliklərini pisləyir

img

22-06-2009 [03:08]


Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən daxil olub. Məlumata görə, toplantıda ölkədə gedən ictimai siyasi proseslər və dünyada baş verən mühüm hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Toplantı iştirakçıları Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komissiyasinin təşəbbüsü ilə QHT və KİV haqqında qanuna, həmçinin Dini etiqadlar azadlığı haqqında qanuna əlavə və dəyişikliklər edilməsi bəradə irəli sürülən digər təkliflər ətrafında geniş müzakirə aparıb. İH vətəndaş cəmiyyətinin formalaşmasında bazis rolunu oynayan QHT və KİV-in fəaliyyətinin məhdudlaşdırılmasına yönələn bu cür təşəbbüslərin Milli Məclisin müzakirəsinə çıxarılmasını totalitarizmə keçidin təzahürləri kimi dəyərləndirib və Azərbaycan hakimiyyətini demokratiyanın əlehinə yönəlmiş belə mürtəce addımlardan geri çəkilməyə və beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəliklərə vicdanla yanaşmağa çağırıb. İH üzvləri həmçinin dini fəaliyyəti məhdudlaşdıran qanun layihələrinin müzakirəyə çıxarılmasını qətiyyətlə pisləyib və dini məsələlər üzərində dövlət nəzarətinin gücləndirilməsinin konstitusiya ilə dinin dövlətdən ayrı olması prinsipinə zidd olduğunu bildirib. ADP İH üzvləri qonşu İranda baş verən hadisələrə toxunaraq bu ölkədə gedən proseslərin hansı istiqamətdə olmasından asılı olmayaraq ölkəmizə təsirsiz ötüşməyəcəyini qeyd edib. Toplantı iştirakçıları İranda keçirilən prezident seçkiləri zamanı baş verən zorakılıqları və onlarla insanın ölümü ilə nəticələnən halları qətiyyətlə pisləyib, İranın dini və dövlət rəhbərlərini bu zorkılıqları törədənlərə qarşı tədbir görməyə, seçki saxtakarlarını qanuni şəkildə cəzalandırmağa və bölgədə sabitliyin əldə edilməsi naminə təkrar seşkilər keçirməyə çağırıb. İH üzvləri son vaxtlar Şimali Qafqazda baş verən terror hadisələrindən narahat olduğunu bildirib və bu hadisələrin kökünün hər zaman milli münaqişələrdən öz xeyrinə istifadə etmək istəyən Rusiyanın bu bölgədə yeritdiyi imperialist siyasətindən qaynaqlandığı diqqətə çatdırıb. İdarə Heyətində həmçinin partiyadaxili məsələlər də müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA