Sərdar Cəlaloğlu KXCP sədrini ittiham etdi

img

22-06-2009 [02:12]


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun ?Reytinq? qəzetinə müsahibəsində Qarabağ və Respublika Uğrunda Hərəkatdakı partiyaların DUİ-nin təşkil etdiyi Qarabağ forumuna qatılmamasına münasibət bildirərkən "50 il də bu hakimiyyət qalsa, bu müxalifət də müxalifətdə olsa, Qarabağ problemi həll olunmayacaq",- deməsi qarşı tərəfi hiddətləndirib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən sözügedən Hərəkata daxil olan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu M.Mirəlioğlunun fikirlərinin məntiqsiz olduğunu bildirib: ?Mirmahmud Mirəlioğlunun həmin fikirlərində heç bir məntiq və ağıl yoxdur. Dediklərinin hamısı əsassızdır. Ümümiyyətlə, onun bu fikirlərinin kimin tərəfindənsə ciddi qəbul olunacağına inanmıram?. S.Cəlaloğlu onu da bildirib ki, Qarabağ məsələsi iclaslarda, forumlarda həll olunmur, hətta BMT-nin iclaslarında da həllini tapmır. Onun sözlərinə görə, Qarabağ məsələsi ya əsgərlərin süngüsündə, ya da Azərbaycan xalqının iqtisadi, mənəvi, hüquqi gücü ilə həll olunacaq. ?Nə qədər ki, bunlar yoxdur, beş-on nəfəri bir yırə yığıb ?mən Qarabağ məsələsini həll edirəm?,- demək ironiyadan başqa bir şey deyil. Ona görə də belə gülünc ideya verənlərin özləri birinci növbədə düşünməlidirlər ki, Qarabağ kimi ciddi bir məsələyə belə qeyri-ciddi yanaşmaq problemin həllinə problem yaradır?,- deyən ADP sədri onu da vurğulayıb ki, bu ideyanı qeyri-ciddi qəbul etdiyinə görə, həmin foruma qatılmayacaq. Onun sözlərinə görə, bu günə kimi keçirilən Qarabağ forumlarında nə əldə edilib ki, bundan sonra da nəyəsə nail olmaq mümkün olsun: ?Artıq bu məsələnin müzakirə mərhələsi başa çatıb, indi həll mərhələsidir. Buna görə də ya əlinə silah götürüb vuruşmalısan, ya iqtidarın apardığı siyasəti dəstəkləməlisən, ya da beynəlxalq əlaqələrin varsa, bunu Qarabağ məsələsinin həllinə yönəltməlisən. Əgər bunlar bizdə yoxdursa, yerdə qalan istənilən cəhd gülünc və yersizdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA