Türkiyə və Azərbaycan xarici izlər nazirləri istanbulda görüzdülər

img

22-06-2009 [11:48]


Türkiyə xarici siyasət idarəsinin başçısı Əhməd Davudoğlu İstanbulda Yaponiyaya səfərdən qayıdan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirib. Jurnalistlərə açıqlama verən nazirlər bildiriblər ki, əvvəcədən planlaşdırılmayan bu görüşdə tərəflər dünyadakı aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan xarici işlər nazirinin münasibətlərin normallaşması üçün Türkiyədən yeni addımlar gözlədikləri barədə bəyanatına münasibət bildirən Əhməd Davudoğlu deyib ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması təktərəfli addımlarla mümkün deyil. Bu addımlar qarşılıqlı olmalıdır. Türkiyə keçmişdə xoş niyyətli addımlar atmışdır və bunların qarşılığı olmalıdır. Elmar Məmmədyarovla bu məsələləri müzakirə etdik. Biz hər zaman olduğu kimi, bir millət, iki dövlət anlayışı ilə bölgədəki bütün prosesləri gözdən keçirdik. Son zamanlardakı Azərbaycan ilə Ermənistan arasındakı danışıqları, ələlxüsus uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi müzakirə etdik. Türkiyəli həmkarı ilə görüşün çox mühüm və faydalı olduğunun söyləyən Elmar Məmmədyarov bildirib ki, Ermənistanla sülh danışıqları davam etdiriləcəkdir və ?biz bu müzakirələrin yekunu olaraq, Ermənistan qoşunlarının işğal edilmiş torpaqlardan çıxmasını istəyirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA