iranın ali lideri Seyid Əli Xomneyi Əhmədnejadı dəstəkləyib

img

19-06-2009 [04:23]


İranın ali dini lideri Seyid Əli Xomneyi seçkidən sonra ilk dəfə iğtişaşların baş verdiyi Tehran Unirvesitetinə gəlib. O, cümə namazından əvvəl çıxış edərək xalq qarşısında seçkidən sonrakı vəziyyətə aydınlıq gətirmək istəyib və bu təhsil müəssisəsinin tələbələrilə qanun keşikçiləri arasında baş verən qarşıdurmaya münasibət bildirib. "İslamın düşmənləri hər zaman müsəlmanlara narahatlıq verməyə çalışırlar. İmanlı insanlar ruhlarını və əqidələrini saf tutmalıdırlar. Narahat insan üçün doğru yolu tapmaq çox çətindir. Bu gün bizim dövlətimizin rahatlığa ehtiyacı var. Ölkədəki siyasi gərginlik Allahı yadımızdan çıxarmamalıdır. İnqilabdan sonra bizi yıxmağa çalışan və qarışıqlığa sürükləyəcək çoxlu hadisələrlə üzləşdik. Amma bizim idarə etdiyimiz sağlam gəmi hələ üzməkdə davam edir. Hər ölkənin daxilində təbii prosseslər olur. Necə ki bizdə yaşanır. Amma bu, bizi çaşdırmamalıdır. Bu gənclər bizim qurduğumuz rejimin ilk gəncləri kimi siyasi biliklərə sahib olduqlarını göstərirlər. Xarici media İrana düşmən mövqe tutub və onlar daxili gərginliyi artırmağa çalışırlar. Məqsəd bizim dövlətimizi parçalamaqdır. Mən bildirirəm ki, xalq özü 10-cu prezidentini seçib və dövlətlə həmrəy olduğunu nümayiş etdirib". Dini liderin bu çıxışı ölkə daxilində, o cümlədən xaricdən də böyük maraqla izlənib. Dini liderin nitqini İran prezidenti Mahmud Əhmədinejad da dinləyib. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA