Əli Məsimovla Gülhüseyn Əhmədov doktorluq dissertasiyası müdafiə etmək istəyirlər

img

18-06-2009 [07:31]


İki deputat - Əli Məsimovla Gülhüseyn Əhmədov iqtisad elmlər doktoru olmaq niyyətindədirlər. Hazırda onlar iqtisad elmlər doktoru dissertasiyasını müdafiə etməyə hazırlaşırlar. AMEA-dan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, G.Əhmədovla, Ə.Məsimlinin elmi işi müdafiə edəcəkləri gün hələlik müəyyənləşməyib. Lakin deputatların müdafiəni tezləşdirmək üçün aidiyyəti şəxslərə təzyiqlər etdiyi də verilən məlumatlar arasındadır. Məlumat üçün bildirək ki, 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilən Əli Məsimli Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirib. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləyib. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993?2005-ci illərdə ?Müstəqil İqtisadçılar Birliyi? ictimai təşkilatının prezidenti vəzifələrində çalışıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilən Gülhüseyn Əhmədov isə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib. Biologiya elmləri namizədidir. 15 elmi əsərin müəllifidir. 1977-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi olub. 1989-cu ildən Abşeron rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən ?Qaracalar? kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışıb. 1993?2005-ci illərdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı işləyib. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Biologiya elmlər namizədi olan G.Əhmədovun iqtisad elmlər doktoru olmaq istəyi isə maraqlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA